31 Oktyabr

Banka getmədən hesab açıb, kart almaq üçün nə etmək lazımdır ? - QAYDALAR

Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nı təstiq etmişdir yeni qaydalar bank hesablarının açılması və kredit kartlarının müştərilərə təqdim olunması ilə bağlı müəyyən yeniliklər mövcuddur. Qaydalara əsasən,müştəri banka gəlmədən uzaqan cari hesab aça bilir. İllik dövriyyəsi 500 azn-dək olarsa sayt və ya mobil tətbiqdə sadəcə ş.v yükləyir və digər tələb edilən xanaları (nömrə və s.) doldurur . Yəni qanununun tələbinə uyğun olaraq bank 500 AZN-ə qədər heç bir verifikasiya tələb edilmir. Sadəcə olaraq müştəri sayt və ya applicationdan ş.v yükləyir və bu zaman ani hesab açılır. Bu prosedur 500 azn illik dövriyyəyə aid edilir. İllik dövriyyə 6000 azn-ə qədər olan hesablar üçün müştəri saytda ş.x yükləməklə yanaşı video indetifikasiya KYC prosesi keçməlidir.

Yəni müştəri saytda bankla 5-10 saniyə davanm edən video əlaqə qurur. Bu zaman bank tərəfindən şəxsi həqiqiliyi yoxlanılır.Bu məlumat mütləq qaydada bankda saxlanılmalıdır.Üçüncü mərhələ isə limitsiz dövriyyədir ki, burda video identifikasiya ilə yanaşı həm də gücləndirilmiş imza (asan imza məsələn) tələb edilir.Bu zaman müştəri formaları doldurur, ş.v yükləyir, video zəng edir və daha sonra sənədləri asan imza ilə imzalayır.Beləliklə müştəri banka gəlmədən limitsiz dövriyyəsi olan cari hesabı açılır .Bu prosedurdan sonra müştəri mobil bankçılıq app-inə girib app vasitəsi ilə əməlyyatlar edə bilər.Bundan başqa debet kartlari üçün belə bir prosedur mövcuddur. Belə ki, cari hesaba bagli debet karti acilir eyni və kart müştərinin göstərdiyi ünvana gönderilir. Bu bankin əməkdaşı olan kuryer tərəfindən həyata keçirilir. Bu zaman kartı müştəriyə təqdim olunan zaman bank müştərini ş.v ile identifikasiya edir. Qanunda debet kartlarini müştəriyə çatdırmaq qaydası ilə bağlı xüsusi qeyd olmasa da bu hər bir bankın öz inisiativi olacaq.

Maliyyə Bazralarına Nəzarət Palatasının səri İbrahim Alışovun 10 iyun 2019-cu ildə imzaladığı “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqındaqərarının Bank hesablarının açılması, aparılması və bağlanması Qaydalarının V maddəsində göstərilir ki, yeni müştəri üçün məsafədən bank hesabının açılması hüquqi və fiziki şəxslər (müştərinin səlahiyyətli nümayəndəsi ilə təmsil olunduğu hal istisna olmaqla) üzrə aşağıdakı qaydada aparılır:

- rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video-görüntü ilə (müvafiq sənədlər və məlumatlar tələb edilməklə;

rezident fiziki şəxslər üçün:

- gücləndirilmiş elektron imza və video-görüntü ilə (müvafiq sənəd və məlumatlar tələb edilməklə);

- video-görüntü ilə (müvafiq məlumatlar tələb edilməklə) – 1 il ərzində həcmi 6 min manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə açılacaq bank hesabı üçün. Bu zaman müştəri xüsusi təyinatlı informasiya resursu vasitəsilə eyniləşdirilir. Əmək haqqı və sosial sığorta ödənişləri üzrə video-görüntü vasitəsi ilə bank hesabının açılmasına yol verilmir;

- müvafiq informasiya resursunda autentifikasiya vasitəsilə (müvafiq məlumatlar tələb edilməklə) – 1 il ərzində həcmi 500 manatadək və ya onun ekvivalentində xarici valyutada mədaxil və (və ya) məxaric əməliyyatların aparılması məqsədilə açılacaq cari hesab üçün. Bu hesablar vasitəsilə milli valyutada pul köçürmələrinə, habelə mal, iş və xidmətlərin dəyərinin ödənilməsi halları istisna olmaqla vəsaitlərin başqa şəxslərin bank hesablarına köçürülməsinə yol verilmir.

- qeyri-rezident şəxslər üçün gücləndirilmiş elektron imza və video-görüntü ilə (müvafiq sənədlər və məlumatlar tələb edilməklə).

Bankda fiziki iştirakı ilə eyniləşdirilməsi aparılmış və bank hesabı mövcud olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər üçün məsafədən yeni bank hesabının açılması zamanı onlardan eyniləşdirilmə və verifikasiya, habelə müvafiq sənədlərin təqdim edilməsi tələb olunmur.

Müəllif:Aynur Qəniyeva