31 Oktyabr

Palata istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.Fins.az xəbər verir ki, Palata bu addımı "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nın tələbi ilə izah edib. Beləliklə, bu il iyulun 1-nə Azərbaycanda istehlak kreditlərinin faizləri manatda 20-24 faiz, ABŞ dollarında 6-19 faiz, digər xarici valyutalarda isə 10-15 faiz arasında dəyişir.

İstehlak kreditinin növü

Sektorun orta faiz dərəcələri
(30.06.2019-cu il tarixinə)
Milli
valyutada
ABŞ
dollarında
Digər xarici
valyutalarda
Kredit kartı vasitəsi ilə verilən kreditlər 23% 11% 15%
Məişət avadanlıqlarının alınması ilə bağlı olan
kreditlər
23% 13% -
Yaşayış sahəsinin təmiri ilə bağlı olan
kreditlər
22% 14% -
Avtomobil kreditləri 20% 19% -
Digər istehlak kreditləri 24% 6% 10