Azərbaycanda pul bazası bu il avqustun 1-nə 10 574,3 milyon manat təşkil edib. Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 1,9% çoxdur.
İlin əvvəlinə nisbətən pul bazası 10,8%, son 1 ildə isə 19% artıb.