31 Oktyabr

Mərkəzi Bank valyuta ehtiyatlarının miqdarını açıqladı - YENİ MƏBLƏĞ

Fins.az-ın məlumatına görə,1 İyul 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 962,8 milyon dollar təşkil edib. Bu göstərici iyun ayının sonu ilə müqayisədə 23,4 milyon dollar çoxdur.

Cari ilin 7 ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 337 milyon dollar artıb.Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, 337 milyon dolların təxminən 100 milyon dollardan çoxu xarici idarəetmədən əldə edilib: "Baxmayaraq ki, beynəlxalq maliyyə bazarlarında vəziyyət kifayət qədər mürəkkəbdir və faiz dərəcələri aşağıdır. Biz ili 3,2 faiz gəlirlə başa vurmağı düşünürük".

Rəsmi valyuta ehtiyatları (mln. USD)

Tarix Dəyər

31/07/2019 5962.8

28/06/2019 5939.4

31/05/2019 5870.9

30/04/2019 5789.0

29/03/2019 5778.6

28/02/2019 5761.9

31/01/2019 5655.9

29/12/2018 5625.7