Bu gün FED-in 2008-ci ildən bəri ilk dəfə faiz endirməsi gözlənilir.Bu gün ABŞ Mərkəzi Bankının FED-in faiz qərarı gündəmə istiqamət verəcək. FED faiz qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaq. Faizin 2,50%-dən 2,25%-ə endirələcəyi gözlənilir. 22:30-da isə FED sədrinin mətbaut konfransı başlayacaq. FED-in hansı qərarı verəcəyi və bu qərarı şərtləndirən amillərlə bağlı fins.az-a açıqlama verən Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqov bildirib ki, “FED-in bu gün faiz dərəcələrini 0,25 bal endirmə etimalı daha yüksəkdir. Bunun bir neçə səbəbi var.Birinci Maliyyə bazarları buna hazırdır.Faizlərin aşağı enməməsi bazarlarda ajiatajın yaranmasına enməsindən daha çox səbəb ola bilər. İkinci səbəb dünyada müəyyən qeyri-müəyyənlik var. FED sədri Jerome Powell də axşam gözlənilən çıxışında dünya iqtisadiyyatında mövcud olan qeyr-müəyyənliyi vurğulayacaq.Faiz dərəcəsinin aşağı endirilməsini zəruri edən əsas səbəblərdən biri də dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənlik və iqtisadi inkişafın zəifləməsidir. Bundaş başqa fazi dərəcəsinin enməsini stimullaşdıran əsas amillərdən biri də Avropada, Yaponiyada və digər dünyanın iqtisadi gücünü müəyyən edən ölkələrdə iqtisadi inkişaf səviyyəsinin nisbətən aşağı düşməsidir.Üçüncü səbəb isə dünyanın Mərkəzi Bankları arasında sinxronlaşma pozulub. Yəni Mərkəzi bankların faiz dərəcələri arasında böyük fərqlər yaranıb.Məsələn Yaponiyada, Avropada uçot dərəcəsi 0-dır amma Amerikada 2.50-dir.Bu da, ölkədə spikulyativ ticarətin, Mərkəzi Bankları arasında ticarətin artması və s. əməliyyatların genişlənməsinə səbəb olur. Eyni zamanda dolların kifayət qədər yüksək dəyərdə qalmasını saxlayır. ABŞ prezidenti Donald Tramp öz çıxışlarında əsasən bu amilə qarşı olduğunu bildirir.Yəni çox güclü dollar Amrikanın ticarət balansına mənfi təsir göstərir.Bundaş başqa qlobal iqtisadiyyatda risklərin yoluxma amili var bir ölkədə bir regionda başlayan bir risk qarşısı vaxtında alınmayanda digər regiona da yoluxa bilir. Amerika iqtisadiyyatı dünyanın ən güclü iqtisadiyyatı olmasına baxmayaraq bu risklər Amerika iqtisadiyyatı üçün də mövcuddur. Çox aşağı səviyyədə olan inflyasiya Avropada iqtisadiyyatını kifayət qədər inkişaf etdirməyə imkan vermir. FED-in faiz dərəcəsini endirməsini tətikləyən dördüncü amil isə istiqraz bazrıdır. Hazırda dünyanın istiqraz bazarının illik gəliliyi çox aşağı düşüb.Hətta Amerika istiqrazlarında, avropa istiqrazlarında da bu tendensiya mövcuddr. Dünyanın mövcud istiqrazbazarının həcmi 55 trilyona yaxındır. İstiqaraz bazarında gəlirliliyin aşağı düşməsi çox da qabardılmır. Bunun əsas səbəblərindən biri də istiqraz bazarında ajiataja yol verməyin tərəfdarı olmamaqdır.İstiqaraz bazarı həm də böyük borc bazarıdır. Borc bazarında problem olarsa bu likvidlik böhranına gətirib çıxara bilər.
Fikirlərinin davamında o qeyd edib ki, “Bütün bu amillər FED-in bu gün faiz dərəcəsini azaltmasını şərtləndirir.Tramp adminstrasiyasının faiz dərəcəsinin 50 bal aşağı enməni tələb etməsinə və bəzi iqtisadçılar bunu gözləməsinə baxmayaraq 50 bal endirim ediləcəyi ilə bağlı qərarın veriləcəyinə etimal olsa da çox azdır. Powell-in əsas mövqeyi bundan ibarətdir ki,faiz dərəclərini mərhələli endirərək gələcəkdə bazara təsir imkanlarını əlində saxlasın. Bir dəfəlik 0,50 bənd endirmək o qədər də məqsədəuyğun olmaz ilk növbədə 0,25 bənd endirib,sonra yəni sentyabr ayında və ilin sonuna 0,25 bənd də endirilisin. Əslində hazırda hədəf 2% ətrafındadır.2%-dən sonra isə bazarın vəziyyətinə, iqtisadi göstəricilərə baxılacaq. Bundan sonra 2%-dən aşağı endirib- endirilməmək sual altındadır. Hazırda məqbul olan faiz dərəcəsi 2%dir. Powell axşam çıxışında dünya iqtisadiyyatındakı qeyr-müəyyənlikləri və ABŞ Çin məsləsindən narahatlığını ifadə edəcək, ABŞ Avropa İttifaqı arasındakı münasibətləri qabardacaq,dünyada olan iqtisadi inkişafın zəifləməsini qeyd edəcək və faiz azalmasını şərtləndirən əsas amillərin bunlar olduğunu qeyd edəcək”
Avropa Mərkəzi Bankının uçot dərəcəsini endirməməsinə də münasibət bildirən Elman Sadıqov qeyd edib ki, Avropada faiz dərəcləri onsuz da 0 səviyyəsindədir.Avropa Mərkəzi bankının fazilərlə bağlı təsir imkanları məhtuddur.Digər tərəfdən isə avro artıq kifayət qədər kursu aşağıdır.Avropa Mərkəzi bankının sədri Mario Diraginin ən böyük xidmətlərindən biri də avronun faiz dərəcsini aşağıda saxlamaqdır.Avronun uçot dərəcəsini aşağıda saxlamaqla Avropanın ixracı stimmullaşdırmış olur ki, Tramp da əslində buna qarşı çıxır və qeyd edir ki, avronun kursunu suni şəkildə və müxtəlif vasitələrlə aşağı saxlamaqla Avropa ixracla bağlı rəqabət qabiliyyətini qeyri bərabər şəkildə artırır.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı sonuncu dəfə faizi ötən ilin dekabr ayında artırdıqdan sonra, ilin birinci yarısında gözləmə mövqeyi tutmuşdu. FED rəsmiləri faizi daha da artırmağı nəzərdə tuturdular. Lakin səngiyən qlobal iqtisadi artım, aşağı inflyasiya və ABŞ Prezidenti Donald Trampın tənqidləri FED-i yenidən faiz endirməyə məcbur edir. Tramp, faiz artırmaqla FED-in səhv etdiyini bildirir və tezliklə faizi aşağı salmağa çağırır.
Müəllif:Aynur Qəniyeva