İranın milli valyutasi olan rialdan 4 sıfırın silinməsi - denominasiya ilə bağlı qanun layihəsinin bu ölkənin Nazirlər Kabineti təsdiq edib. Fins.az-ın məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Ali Rebii mətbuata açıqlamasında deyib.
İran Mərkəzi Bankının sədri Abdunnasir Himmeti isə bundan öncə açıqlamasında rialdakı 4 sıfırın silinməsi ilə bağlı hökumətə təklif göndərdiklərini bildirmişdi.
A.Hümmətinin sosial media üzərindən yaydığı məlumata görə, hökumətin bu qərarı qəbulundan sonra 10 min rial 1 tümənə bərabər olacaq və 1 tümən isə yeni çıxacaq 100 riallıq əskinasla bərabərləşəcəyini deyib.