31 Oktyabr

Hökumət Ödəniş Portalı vasitəsi ilə aparılan əməliyyatların məbləği -RƏSMİ AÇIQLAMA

Fins.az xəbər verir ki, Hökumət Ödəniş Portalı vasitəsi ilə cari ilin I yarımili üzrə həyata keçirilən əməliyyatların həcmi 1 mlrd 412 mln manat təşkil edib.

Qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 34% artım deməkdir. Sözügedən əməliyyatların 551 mln manatı nağdsız qaydada həyata keçirilib və bu göstərici 2018-ci ilin I yarımili ilə müqayisədə 3,4 dəfə artıb.

Müəllif: Aynur Qəniyeva