Azərbaycan üzrə ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 14,7% artaraq 7 milyon ədədi ötüb. Bunlardan təmassız ödəniş kartlarının sayı 998 min ədəd olub. Təmassız kartların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, təmassız əməliyyatların sayı isə 4,6 dəfə artıb.
Qeyd edək ki, I yarımil üzrə ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9 mlrd 532 mln manat təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% artıb.
Ödəniş kartları ilə aparılmış əməliyyatlarda nağdsız hesablaşmaların çəkisi 20% təşkil edib. Məlumat üçün bildirək ki, ötən ilin analoji dövründə bu göstərici 16% olub.