2019-cu ilin iyun ayında fiziki şəxslərin əmanətləri 8 milyard 633.8 milyon manat olub. Fins.az xəbər verir ki, bu varədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat yayımlayıb. Məlumatda bildirilir ki, 2019-cu ilin 6 ayı ərzində fiziki şəxslərin cəmi əmanətləri 364.1 milyon manat yəni 4,4% artıb. Artım əsasən tələbli depozitlər hesabına baş vermişdir. Belə ki, 6 ay ərzində tələbli depozitlər 505.7 milyon manat 18,1% artmışdır.
Hüquqi şəxslərin depozitləri ilin ilk yarımilliyində 114.1 milyon manat 1,1% azalsa da, müddətli depozitləri 803.5 milyon manat 55,4% artaraq 2 milyard 253.2 milyon manata çatıb.
Müəllif:Aynur Qəniyeva