31 Oktyabr

Xarici vətəndaşların bank kartları vasitəsi ilə apardığı əməliyyatların dəyəri açıqlanıb-MƏBLƏĞ

Yarım ildə Azərbaycana 185 ölkədən 1 milyon 410,7 min və ya keçən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Fins.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayına istinadla xəbər verir ki, iyunda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, iyunda ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatları 115,1 milyon manat təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 8% artıb.

Altı ayda Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri isə 590,8 milyon manat təşkil edib.