Azərbaycanda mövcud bankların xarici ölkələrlə və beynəlxalq bank sistemi ilə qarşılıqlı əlaqələrinin hansı səviyyədə olması təbii ki,müştəriləri maraqlandırır. Bankların xarici ölkələrdə əməliyyatlar həyata keçirə bilməsi üçün Dövlət Gömrük Komitəsinin reyestrindən keçməlidir. Azərbaycanda fəaliyyət göstərən 30 bankdan cəmi 12-si Dövlət Gömrük Komitəsinin reyestrindən keçib. Bəs Gömrük Komitəsinin reyestrindən keçən bankların hansı üstünlükləri var ?
Bu barədə fins.az-a açıqlama verən Azərbaycan Banklar Assosiasiyasının eksperti Elman Sadıqov bildirib ki, “Bank və Gömrük orqanları arasında münasibət 2 əsas istiqamət üzrədir. Birinci idxal-ixrac əməliyyatlarına nəzarət və icrası,ikinci zəmanət məktubları. Müvəkkil kredit təşkilatları məsələsi əsasən ikinci məsələ üzrədir. Konsiqnasiya əməliyyatları –ixrac əməliyyatları hər hansı mal ixrac olunduqdan sonra 180 gün ərzində pul geri ödənilməlidir.Hər hansı bank gömrük reyestirində müvəkkil bank kimi qeydiyyatdan keçir. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə həm Gömrük Komitəsi həm də Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət edir. Bu sistem malı göndərib ödənişini almayan müştərilərin qeydiyyatını aparmaq üçün nəzərdə tutulub. Yəni ən azından ölkədən çıxan malın qarşılığında pul gəlməlidir. Bununla yanaşı zəmanət məktubları ilə bağlı reyesterdən keçmək müəyyən üstüntünlük hesab olunur. Gömrük Komitəsinin özünün keçirdiyi tenderlərdə iştirak etmək istəyən sahibkarlıq subyektlərindən yalnız müvəkkil bankların verdiyi zəmanət məktubları qəbul edilir. Hər hansı bank müştərisinə 1 -2 milyon manatlıq zəmanət verir amma həmin bankın bu məbləğə vermək üçün gücü çatmaya bilər.Yəni bankın maliyyə imkanları həmin zəmanət məktubunun icrasına imkan vermir. Buna görə də Gömrük Komitəsi müvəkkil bank seçərkən əsasən nəzarət edir ki, bankın maliyyə imkanları müştəri adından üzərinə götürdüyü öhtəlikləri yerinə yetirməyə imkan versin. Gömrük reyesterindən keçməyən bankların müştəriləri xarici ölkələrdə yalnız konsiqnasiya əməliyyatları həyata keçirə bilir.Hər hası bankın Gömrük reyesterindən keçib-keçməməyinə baxmayaraq aparılan konsiqnasiya əməliyyatlarına Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsi ilə nəzarət edir. Əvvəllər bu sahədə bir sıra problemlər var idi. Bu problemlər Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi yaradıldıqdan sonra həll olunub”. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 1 mart tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası"na əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil edilmiş kredit təşkilatlarının siyahısı aşağıdakı kimidir.
Sıra №-si |
Kredit təşkilatının adı |
VÖEN |
Kredit təşkilatının ünvanı |
Bir qarantiya məbləğinin maksimal həddi (ABŞ dollarına ekvivalent məbləğ ilə) |
Eyni zamanda verilən qarantiya məbləğlərinin yekun maksimal həddi (ABŞ dollarına ekvivalent məbləğ ilə) |
1 | ASC "Xalq" Bankı | 2000296061 | Bakı şəh.İnşaatçılar prospekti 22 L | 1,0 milyon | 2,0 milyon |
2 | "Kapital Bank"ASC | 9900003611 | Bakı şəhəri, Füzuli küçəsi 71 | 1,0 milyon | 2,0 milyon |
3 | "Azərbaycan Beynəlxalq Bankı" ASC | 9900001881 | Bakı şəh.Nizami küçəsi 67 | 1,0 milyon | 2,0 milyon |
4 | "PAŞA Bank" ASC | 1700767721 | Bakı şəh.Y.Məmmədəliyev 13 | 1,0 milyon | 2,0 milyon |
5 | "Azər Türk Bank" ASC | 9900006111 | Bakı şəhəri, C. Məmmədquluzadə küç.85; 192/193 | 250,0 min | 500,0 min |
6 | "Yapı Kredi Bank Azərbaycan" QSC | 9900009021 | Bakı şəhəri, C. Məmmədquluzadə küç.73G | 250,0 min | 500,0 min |
7 | «Bank Avrasiya» ASC | 1700792251 | Bakı şəhəri, Nizami küçəsi, 112B | 250,0 min | 500,0 min |
8 | Bank "BTB" ASC | 1302164881 | Bakı şəhəri, Yusif Səfərov küçəsi 27 | 250, min | 500,0 min |
9 | "Premium Bank" ASC | 9900006241 | Bakı şəhəri, Həsən Əliyev küçəsi 131 A | 1,0 milyon | 2,0 milyon |
10 | "UNİBANK" KOMMERSIYA BANKI" Açıq Səhmdar Cəmiyyəti | 9900006241 | Bakı şəhəri, Nəsimi rayonu, 384-cü məhəllə, Rəşid Behbudov küçəsi 55 | 1,0 milyon | 2,0 milyon |
11 | Rabitəbank ASC |
9900001061 | Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 33 |
1,0 milyon | 2,0 milyon |
12 | Bank Respublika |
9900001901 | Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi 21 |
1,0 milyon | 2,0 milyon |
Müəllif:Aynur Qəniyeva