31 Oktyabr

Azərbaycanda 25 milyon manatdan çox gəlir əldə edən xarici bank

“Yapı Kredi Bank Azərbaycan” QSC 2019-cu ilin 1-ci yarısını 2019-cu ilin ilk 6 ayı ərzində “Yapı Kredi Bank Azərbaycan”nın cəmi gəlirləri 23 milyon 662 min manat təşkil edib. Ötən ilin eyni dövründə Bank 25 milyon 419 min manat cəmi gəlir əldə etmişdi. Cəmi gəlirlərin 6,9% azalması qeyri-faiz gəlirlərinin 15,8% azalması ilə bağlıdır. Bankın faiz gəlirləri 2,5% artıb.Cəmi gəlirlərin 6,9% azalması ilə bərabər cəmi xərclər 10,8% azalıb. Ötən ilin ilk 6 ayında 17 milyon 783 min manat təşkil etmiş cəmi xərclər bu ilin eyni dövründə 15 milyon 864 min manata düşüb. “Yapı Kredi Bank Azərbaycan”ın həm faiz, həm də qeyri-faiz xərcləri azalıb.

Bank 2019-cu ilin II rübü ərzində 3 milyon 384 min manat xalis mənfəət əldə edib. Bu göstəriciyə əsasən 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bankın xalis mənfəəti 2,4 dəfə artıb. Belə ki, “Yapı Kredi Bank Azərbaycan” 2018-ci ilin 1-ci yarısını 1 milyon 401 min manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin artmasına xərclərin və ehtiyatın yaradılmasına ayırmanın kəskin azalması səbəb olub. 30 İyun 2019-cu il tarixində “Yapı Kredi Bank Azərbaycan” 408 milyon 917 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 167 milyon 844 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 30 İyun 2018-ci il tarixində “Yapı Kredi Bank Azərbaycan” 406 milyon 825 min manat cəmi aktivlərə, o cümlədən 161 milyon 262 min manat kredit portfelinə malik idi. 31 Mart 2019-cu il tarixində isə müştərilərə verilən kreditlər 163 milyon 81 min manat təşkil etmişdi. yayımlanan hesabatda qeyd olunur ki,ilk 6 ayın yekununda “Yapı Kredi Bank Azərbaycan”ın əməliyyat mənfəəti 7 milyon 798 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu məbləğ 7 milyon 637 min manat idi. Əməliyyat mənfətinin artması faiz və qeyri-faiz xərclərinin azalmasından qaynaqlanıb.

2019-cu ilin 2-ci rübündə “Yapı Kredi Bank Azərbaycan”da depozitlər yenidən artıb. 31 Mart tarixində 278 milyon 740 min manata düşmüş depozitlər 30 İyun 2019-cu il tarixində 298 milyon 628 min manata çatıb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 63 milyon 421 min manatdan 77 milyon 152 min manata yüksəlib.

Cari ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan” 7 milyon 798 min manat əməliyyat mənfəətinin 3 milyon 463 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 1 milyon 96 min manat mənfəət vergisi ödəyib. 2018-ci ilin ilk 6 ayında “Yapı Kredi Bank Azərbaycan” 7 milyon 637 min manat əməliyyat mənfəətinin 5 milyon 626 min manatını ehtiyatın yaradılmasına ayırmış və 609 min manat mənfəət vergisi ödəmişdi. Ehtiyatın yaradılmasına ayırmanın 2 milyon 163 min manat və ya 38,4% azalması xalis mənfətin daha yüksək məbləğdə qalmasını təmin edib. Qeyd edək ki, ehtiyatın yaradılmasına ayırmanın azalması bankın kredit portfelinin müsbət keyfiyyət dinamikasını əks etdirir.

2019-cu ilin 2-ci rübündə “Yapı Kredi Bank Azərbaycan”da depozitlər yenidən artıb. 31 Mart tarixində 278 milyon 740 min manata düşmüş depozitlər 30 İyun 2019-cu il tarixində 298 milyon 628 min manata çatıb. Fiziki və hüquqi şəxslərin müddətli depozitləri isə 63 milyon 421 min manatdan 77 milyon 152 min manata yüksəlib.

Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Bankın ana səhmdarları "UniCredit" (İtalya) və "Koç Holding"dir (Türkiyə).