Bütövlükdə bank sektoruna 1.8 mlrd. manat kapital inyeksiyası edilib. Fina.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən ənənəvi qaydada təşkil olunan "AHK Impuls" görüşündə məlumat verib. Fikirlərinin davamında o bildirib ki, "Sektorun kapital adekvatlığı göstəricisi 24.2% təşkil etməklə, minimum kapital tələbini 2.4 dəfə üstələyib"
Müəllif:Aynur Qəniyeva