31 Oktyabr

"InvestAZ " nə qədər gəlir əldə edib ? - HESABAT

InvestAZ QSC investisiya şirkətinin aktivlərinin cəmi 11,502,968 manat olub. Sözügedən göstərici 2017-ci ildə 6,889,576 manat olub.

Şirkətin nizamnamə kapitalı 2018-ci ilin hesabatında əks olunan göstəricilərə əsasən ötən ilə nisbətən artaraq 1,600,230 manatdır.Hesabat həmçinin qeyd olunub ki, ötən il bu göstərici 800,000 manat olub.

InvestAZ QSC investisiya şirkətinin gəlirləri 28% çoxalaraq 3,909,002 manat olub gəliri olub. Ötən il şirkətin gəlirlərinin həcmi 2,826,677 manat olub. Əməliiyat üzrə mənfəət 846,140 manat, ötən il isə 720,808 manat olub.

2018-ci ildə investisiya şirkətinin nizamnamə kapitalı 430,000 manat nəğd pul vəsaiti hesabına artırılıb.

Şirkətin pul vəsaitlərinin 10,530,273 manatdır, ötən il bu göstərici 6,399,656 manat olub. Satıla bilən investisiya qiymətli kağılarının həcmi 237,800 manatdır, hesabatda qeyd olunub ki, şirkətin ötən il satıla bilən qiymətli kağızlarının həcmi 151,800 manat olub. InvestAZ QSC investisiya şirkətinin “Bakı Fond Birjası”-da 9,2% səhmə sahibdir və səhmlərinin dəyəri 237,800 manat həcmində göstərilib.

Şirkətin müştərilə üzrə kreditor borclarının həcmi ötən ilə nisbətən arataraq 6,273,383 manat olub. Qeyd edək ki, hesabatda ötən il bu göstərici 5,639,480 manat olduğu qeyd olunub.

Müəllif:Aynur Qəniyeva