Fins.azın məlumatına görə, “Turanbank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 150 min manat xalis mənfəət ilə başa vurub. Bank 2019-cu ilin yanvar-mart dövrünü 109 min manat xalis mənfəətlə bağlamışdı. İkinci rübdə (aprel-iyun) “Turanbank”ın xalis mənfəəti 41 min manat təşkil edib.Bankın cəmi aktivləri 510,934 min manat olub. Bankın kreditr portfelinin həcmi 330,206 min manat təşkil edib.Hesabatda qeyd olunub ki, “Turanbank” ASC 2019-cu ilin 1-ci yarısında ən çox krediti Abşeron iqtisadi rayonun sakinlərinə verib. Belə ki, açıqlanan göstəricilərə görə bank sözügedən iqtisadi rayonun ərazində yaşayan sakinlərə 276,400 min manat kredit verib.
Ötən ilin 1-ci yarısı ilə müqayisədə 2019-cu ilin 1-ci yarısında “Turanbank”ın xalis mənfəəti 27% azalıb. Belə ki, Bank ötən ilin ilk 6 ayını 205 min manat xalis mənfəətilə bağlamışdı. Xalis mənfəətin azalmasının səbəbi Bankın qeyri-faiz xərclərinin artmasıdır.
Qeyd edək ki, ötən ilin 1-ci yarısında 15 milyon 9 min manat təşkil etmiş faiz gəlirləri, bu ilin 1-ci yarısında 16 milyon 385 min manata yüksəlib (1 milyon 376 min manat və ya 9,2% artıb).
Müəllif:Aynur Qəniyeva