31 Oktyabr

Mərkəzi Bankda Ani Ödənişlər Sistemi ilə bağlı görüş

Fins.az-ın məlumatına görə, Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayns” Ekspert Qrupunun Mərkəzi Bankda görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramında nəzərdə tutulan Ani Ödənişlər Sistemi (AÖS) ilə bağlı müzakirə aparılmışdır.

Görüşdə Mərkəzi Bank rəsmilərilə yanaşı Maliyyə Bazarlarına Nəzarət Palatasının və Maliyyə Monitorinqi Xidmətinin rəsmiləri də iştirak etmişdir.