Azərbaycan Beynəlxalq bankının aktivlərinin həcmi 8,274,243 min manat olub. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının 2018-ci il üçün nəzərdə tutulan hesabatında məlumat verilir. Məlumatda bildirilir ki, Bankın ötən 2017-ci ildə aktivlərinin həcmi 9,074,712 min manat olub. Məlumatda bildirilir ki, bankın 2018-ci ildə öhtəliklərinin həcmi azlaraq 6,631,054 manat olub. Açıqlanan rəqəmlərə əsasən bankın bu göstəricisi 2017-ci ildə 7,695,203 min manat olub. Hesabatda həmçinin qeyd olub ki, Azərbaycan Beynəlxalq bankının müştərilərə verilmiş kreditlərinin həcmi 195,393 min manat təşkil edib . Bankın 2018-ci ildə xalis mənfəət 298,676 min manat, gəliri isə 266,879 min manat olmuşdur.
Qeyd edək ki, 2019- cu ilin aprel ayında Moody's reytinq agentliyi Bankın reytinqlərini yeniləyərək, kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsi (caa2 səviyyəsindən b3 səviyyəsinə artım), düzəliş edilmiş kredit ödəmə qabiliyyətinin baza qiymətləndirilməsi (caa2 səviyyəsindən b3 səviyyəsinə artım), uzunmüddətli bank əmanətləri reytinqi (B3 səviyyəsindən B1 səviyyəsinə artım), uzunmüddətli qarşı-tərəf riskinin qiymətləndirilməsi (b2 (cr) səviyyəsindən Ba3 (cr) səviyyəsinə artım), uzunmüddətli qarşı-tərəf riski reytinqi (B2 səviyyəsindən Ba3 səviyyəsinə artım) kimi qeydə alıb.
Müəllif:Aynur Qəniyeva