31 Oktyabr

Azərbaycan Mərkəzi Bankının inflyasiya ilə bağlı AÇIQLAMASI

Azərbaycan Mərkəzi Bankı hesab edir ki, bu il inflyasiya elan edilmiş çərçivədə, yəni 4±2 faiz səviyyəsində qalacaq.

Fins.az "Trend"-ə istinadən məlumat verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

AMB-nin hesablamalarına görə, qısamüddətli inflyasiya risklərinin balanslaşdırılmasına imkan verən sabitləşdirici amillər qalmaqdadır.

Qeyd olunub ki, inflyasiyanın sabitləşməsinə təsir göstərən əsas amillər sırasına əlverişli beynəlxalq konyunktur, profisitli tədiyyə balansı, balanslaşdırılmış valyuta bazarı və antiinflyasiya xarakterli monetar şərtlər daxildir.