31 Oktyabr

Azərbaycan xariclə apardığı bütün əməliyyatlardan nə qədər gəlir əldə edib?- MƏBLƏĞ

Fins.az-ın məlumatına görə 2019-cu ilin I rübü üzrə tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşmışdır. Cari Əməliyyatlar Balansında yaranmış 1.6 mlrd.$-lıq profisit ehtiyat aktivlərinin artmasını şərtləndirmişdir.

Qeyd edək ki, Tədiyə Balansı ölkənin xariclə apardığı bütün əməliyyatların pul formasında əks etdirildiyi hesablar toplusudur. Hər bir vətəndaş ölkəyə daxil olan və çıxan valyutanın həcmini, o cümlədən, ölkənin dünyanın geridə qalan hissəsi ilə apardığı ticarət əməliyyatlarını, investiisya qoyuluşlarını, həmçinin pul köçürmələrini, xaricdən əldə edilən divident ödənişlərinin həcmini, eləcə də humanitar yardımları və s. izləyə bilər.

Müəllif:Aynur Qəniyeva