31 Oktyabr

Həlli gecikən problemli kreditlərlə bağlı hansı quruma müraciət edilməlidir ?- Bank Ombudsmanı rəsmisindən açıqlama

Fins.az Azərbaycanda fəaliyyət göstərən bankların fəaliyyəti eyni zamanda vətəndaşların banklarla bağlı şikayətlərinin araşdırlması funksiyasını həyata keçirən Bank Ombusmanına vətəndaşların hansı məsələlərlə bağlı müraciət edə biləcəyi ilə bağlı məlumat verir. Artıq 2017-ci ildən etibarən yaradılan Bank Ombudsmanı banklarla müştərilər arasında meydana çıxa biləcək mübahisələrin məhkəmədən kənar qaydada həll olunmasına kömək funsiyasını həyata keçirir . Bank Obudsmanının fəaliyyət prinsipləri və vətəndaşlar tərəfindən ombudsmana daxil olan şikayətləri barədə Azərbaycan Respublikası bank ombudsmanının məsul katibi Elçin Həsənov bildirib ki, “Azərbayacan Respublikası prezidentinin müvafiq fərmanına qədər vətəndaşların banklarla bağlı bütün şikayətləri bank ombutsmanına daxil olurdu. Bank Ombudsmanının əsas məqsədi vətəndaşla bank arasında olan problemin məhkəməyə getmədən aradan qaldırılmasıdır.Bank Ombudsmanı 2000 ABŞ dolları məbləğində problemli kreditlərlə bağlı vətəndaş şikayətlərinin araşdırılmasıdır.Göstərilən məbləğdən artıq olan problemli kreditlərlə bağlı şikayətlərə bank ombutsmanın araşdırmaq səlahiyyəti yoxdur” Fikirlərinin davamında məsul katib qeyd edib ki, “Bundan başqa əgər problemli kreditlə bağlı davam edən məhkəmə prosesi varsa yaxud sözügedən iş barədə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi varsa həmin şikayəti də araşdırmaq bank Ombudsmanının səlahiyyətinə daxil deyil Qeyd edəm ki, daxil olan müraciətlərin əksəriyyəti bank Ombudsmanının səlahiyyətlərinə daxil olmayan məsələlələrlə bağlı olur. Azərbaycan Respublikasının Prezidentyinin problemli kreditlərlə bağlı müvafiq fərmanından sonra şikayətlərin sayı təbii ki azaldı. Hazırda aktual problemlərdən biri də fərmandan irəli gələn məsələlərlə bağlı daxil olan müraciətlərdir. Bu məsəllər də Maliyyə bazralarına Nəzarət palatasının səlahiyyətlərinə daxildir Bank Ombutsmanının səlahiyyətinə daxil deyil”

Müəllif:Aynur Qəniyeva