Azərbaycan Mərkəzi Bankı bu gün depozit hərracında 150 mln. manat cəlb edib. Bu barədə fins.az-a AMB-dən məlumat verilib. “Mərkəzi Bank iyulun 8-də keçirilən hərracda 150 mln. manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı təklif 857,5 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 6,51% (24 iyun - 6,51%) təşkil edib”, - bankın məlumatında qeyd olunub. Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Qeyd edək ki, i, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.