31 Oktyabr

Mərkəzi Bank dövriyyədə olan pulun miqdarını açıqlayıb - MƏBLƏĞ

Azərbaycanda dövriyyədə olan pul bazasının təxminən dörddə biri bank ehtiyatlarında cəmləşib. Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın yanvar –iyun ayları üçün yayımladığı hesabatda məlumat verilib. Məlumatda bildirilir ki, ölkədə mövcud pul bazasının 2250,8 milyon manatı bank ehtiyatlarında cəmləşib. Həmçinin qeyd olunub ki, dövriyyədə olan nağd pulun miqdarı isə 8845,1 milyon manat təşkil edir.

Müəllif:Aynur Qəniyeva

[#gallery#]