36 və 48 aylıq milli valyuta əmanəti üçün təklif edilən faiz dərəcələrinə görə bankların sıralaması tərtib edilib.
Fins.az-ın məlumatına görə, Manatla depozit yerləşdirmək üçün 36 aylıq ən yüksək faiz təklif edən bank “TuranBank” ASC (12.9%), minimum faiz dərəcəsi təklif edən bank isə “Yapı Kredi Bank Azərbaycan ” QSC (6.5%)-dir.
Milli valyutada 48 aylıq depozit yerləşdirmək yalnız “AccessBank” QSC-də mümkündür.
Ümumi siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz.
Banklar | 36 ay üzrə faiz dərəcəsi (%) | 48 ay üzrə faiz dərəcəsi (%) | Minimal məbləğ, milli valyutayla | Əmanətin adı |
AccessBank QSC | 8 | 8 | 50 | “Yığım” əmanəti |
Amrahbank ASC | 10 | – | 50 | “Güvən” əmanət |
AtaBank ASC | 10 | – | 500 | “Universal” əmanət |
Azərbaycan Beynəlxalq Bankı ASC | 9.5 | – | 500 | “Klassik” əmanəti |
Bank BTB ASC | 10.5 | – | 100 | “Müddətli” əmanət |
NİKOYL Bank İKB ASC | 12.5 | – | 100 | “Nikoil Sabit” əmanət |
TuranBank ASC | 12.9 | – | 100 | “Xəzinə” əmanəti |
Unibank KB ASC | 11.5 | – | 500 | “Müddətli” depozit |
Yapı Kredi Bank Azərbaycan QSC | 6.5 | – | 1000 | “Standart qazanc” əmanəti |
Ziraat Bank Azerbaycan ASC | 8 | – | 1000 | “Standart” əmanət |