"Finans İnvest" MMC bank olmayan kredit təşkilatının (BOKT) direktoru Natiq Məmmədov işdən çıxıb.
Vergilər Nazirliyinə istinadən xəbər verilir ki, o, "Caspian İnvest" MMC BOKT-un direktoru vəzifəsində təyinat alıb.
N.Məmmədov yeni vəzifəsində Tural Cəmilovu əvəz edib.
"Finans İnvest"ə rəhbərlik isə Yusif Quliyevə həvalə olunub.
© "Renkinq"