Asiya İnkişaf Bankı 2019-2023-cü illərdə yeni 5 illik strategiya çərçivəsində Azərbaycana $900 mln. ayırmağı planlaşdırır. Bu barədə fins.az-a Asiya İnkişaf Bankında məlumat verilib.Məlumtda bildirlir ki, AİB-in 2019-2023-cü illərdə Azərbaycana ayırmağı planlaşdırdığı vəsaitin məbləği $900 mln. təşkil edir. Azərbaycan tərəfindən suveren kreditlərə tələbat $800 mln. məbləğində qiymətləndirilir. AİB əvvəlki strategiya (2014-2018-ci illər - İF) çərçivəsində Azərbaycana ümumilikdə $3,04 mlrd. məbləğində kredit və qrant ayırıb.
2014-2018-ci illəri əhatə edən strategiya çərçivəsində AİB-in maliyyələşdirdiyi ən iri layihələr "Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi proqramının təkmilləşdirilməsi” ($500 mln.) və “Şahdəniz” layihəsinin ikinci mərhələsinin maliyyələşdirilməsi ($1,25 mlrd.) ilə bağlı olub.
Asiya İnkişaf Bankının Direktorlar Şurası Azərbaycan üzrə yeni strategiyanı təsdiq edib. Yeni strategiya 3 strateji prioritetdən ibarətdir: özəl sektorun inkişafının gücləndirilməsi, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsi.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4,2 mlrd. məbləğində kredit ayırıb.