31 Oktyabr

Mərkəzi Bank valyuta ehtiyatlarının məbləğini açıqladı

2019-cu il iyunun 28-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları $5 mlrd. 939,4 mln. təşkil edir. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında məlumat verilir.

2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 625,7 mln. təşkil edib. Beləliklə, bu ilin I yarısında Mərkəzi Bankın valyuta ehtiyatları 5,6% artıb. İyunda AMB-nin valyuta ehtiyatları 1,2% və ya $68,5 mln. artıb. 2018-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5,4% artıb.

Müəllif:Aynur Qəniyeva