2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycan banklarında 335938 ədəd depozit hesabı açılıb. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yayımladığı statistik göstəricilərində məlumat verilir. Məlumata əsasən bu göstərici açılan bütün hesabların 5,2 faizini təşkil edir. 2019 cu ilin yanvar-may ayları ərzində açılan depozit hesabları ötən i ilin eyni dövrü ilə müqaisədə 625 ədəd çoxdur.
Qeyd edək ki, 2019-cu ilin yanvar- may ayları ərzində Azərbaycan banklarında ümumilikdə 17701708 ədəd hesab açılıb.
Müəllif:Aynur Qəniyeva