31 Oktyabr

Əhalinin dollar əmanətləri kəskin azaldı

May ayında banklarda əhalinin əmanətləri 92,1 milyon manat azalıb. Azalma xarici valyutadakı əmanətlərin azalması ilə bağlıdır.

Fins.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin aprel ayının sonunda əhalinin əmanətləri 8 milyard 715 milyon manat ikən, mayın sonunda 8 milyard 622.9 milyon manata düşüb.

2019 Tarix Dəyər

01/06/2019 8622.9
01/05/2019 8715.0
01/04/2019 8339.1
01/03/2019 8214.0
01/02/2019 8075.9
01/01/2019 8375.4
01/12/2018 8073.5

May ayında milli valyutadakı əmanətlər 51,5 milyon manat artaraq 3 milyard 672,5 milyon manata yüksəlib, xarici valyutadakı əmanətlər isə 143,5 milyon manat azalaraq 4 milyard 950,4 milyon manata düşüb.

DOLLARLAŞMA AZALIR

Əhalinin cəmi əmanətlərinin 42,6%-i milli valyutada, 57,4%-i xarici valyutada olub. Müqayisə üçün qeyd edək ki, Aprelin sonunda cəmi əmanətlərin 41,5%-i milli valyutada, 58,5%-i xarici valyutada idi. Mart ayının sonunda isə cəmi əmanətlərinin 39,54%-i milli valyutada, 60,46%-i xarici valyutada idi.