31 Oktyabr

Depozit hərracında yeddiqat tələb

01.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 701,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil edib.

Fins.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən 100 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləğu də cəlb edib. Beləliklə, hərracda tələb təklifi 7 dəfə üstələyib.

24.06.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 813,4 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdi. Mərkəzi Bank tərəfindən 150 milyon manatın cəlb edilməsi nəzərdə tutulurdu və bu məbləği də cəlb etmişdi.