Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-2021-ci illər üzrə maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditinin aparılması üçün auditor seçimini başa çatdırıb. Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.Məlumatda bildirlir ki, “KPMG Audit Azerbaycan” şirkəti müvafiq tenderin qalibi olub. Şirkət ilə müqavilə imzalanıb”.2018-ci ilin yekunları üzrə AMB-nin auditini PWC şirkəti həyata keçirəcək.
Qeyd edək ki, AMB hələlik 2018-ci il ərzində maliyyə hesabatının auditinin nəticələrini dərc etməyib.