31 Oktyabr

Azərbaycanda bu qədər bank şöbəsi var - FİNS

Bu il iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən bank şöbələrinin sayı məlum olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından Fins.az-a daxil olan məlumata görə, sözügedən tarixə qədər bank şöbələrinin sayı 129 olub.

Hesabata əsasən, bu, mayın 1-i ilə müqayisədə 1 vahid və ya 0,8% çox, ötən ilin eyni dövrünə nisbətən isə 14 vahid və yaxud 9,8% azdır.

Müəllif: Elmir Murad