31 Oktyabr

Bankların əməliyyat mənfəəti bu qədər artıb – Rəqəm - FİNS

Bank sektorunda balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat) artıb. Bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı aylıq hesabatda əksini tapıb.

Fins.az xəbər verir ki, hesabata əsasən, balans kapitalı sözügedən dövr müddətində 4,492.8 mln. manata çatıb. Artan təkcə balans kapitalı deyil, həm də bankların əməliyyat mənəfəətidir.

Statsitikaya görə, may ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti 325.8 mln.manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.

Müəllif: Elmir Murad