31 Oktyabr

Bankların əməliyyat mənfəəti artıb - FİNS

May ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat olub. Bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının 31 may 2019-cu il tarixinə qədər olan dövrdə bank sektorundakı ümumi vəziyyətlə bağlı yaydığı hesabatda qeyd olunub.

Hesabata əsasən, bu dövr ərzində bankarın xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.

Müəllif: Elmir Murad