31 Oktyabr

Palata bank sektorundakı vəziyyətə dair hesabat açıqladı - FİNS

Maliyyə Bazarlarına Nəzarət Palatası 31 may 2019-cu il tarixinə qədər olan dövrdə bank sektorundakı ümumi vəziyyətlə bağlı hesabat açıqlayıb. Palatadan Fins.az-a daxil olan hesabatda sözügedən tarixdə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivlərinin 29,654.4 mln. manat, cəmi öhdəliklərin isə 25,161.6 mln. manat təşkil etdiyi qeyd olunub. Sektorun balans kapitalı 4,492.8 mln. manat olub.

Aktivlər

May ayına sektorun aktivlərinin 43.4%-ni kredit portfelitəşkil edir. Ay ərzində kredit portfeli 1.5% (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlərüzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər2.1% (170.4 mln. manat) artaraq8,264.3mln. manata çatıb.

Öhdəliklər

2019-cu ilin mayayında fiziki şəxslərin əmanətləri8,527.6mln. manat təşkil edib. May ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 mln. manat) artıb.

Hüquqi şəxslərin cəmi depozitlərimay ayında 0.3% (29.1 mln. manat) artaraq10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5% (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 3.3% (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb. Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata çatmışdır.

Balans kapitalı

Sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat)artaraq 4,492.8 mln. manata çatıb.

Mənfəət və zərər

May ayında banklarınəməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln.manat təşkil edib.Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.

Müəllif: Elmir Murad