Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlıq subyektlərinə krediti 84 ayadək müddətə, manatla 6%-dən başlayan illik faiz dərəcəsi ilə verir.
Fins.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli verdiyi müsahibə zamanı deyib.
O, qeyd edib ki, krediti manat ekvivalentində xarici valyutada da almaq olar: “Bank sahibkarların arzusundan asılı olaraq kredit borcunun annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır”.
Müəllif: Elmir Murad