31 Oktyabr

Dollarda olan depozitlər çevrilib, manatda saxlanılır - Anar Həsənov

Son 2 ildə Azərbaycanda ixrac həcmi dəyişib. Fins.az xəbər verir ki, bunu Acsessbank təşkil etdiyi biznes forumda adıçəkilən bankın idarə heyətinin sədri Anar Həsənov bildirib. O həmçinin bank sektorundakı vəziyyətə də toxunaraq kredit portfelinə görə hazırda təmsil etdiyi bankın 5-ci pillədə qərarlaşdığını vurğuladı. A.Həsənovun sözlərinə görə, son bir ilin dinamikası onu göstərir ki, dollarda olan depozitlər çevrilib, manatda saxlanılır:"Son bir ilin nəticəsi onu göstərir ki, bankımızın depozit portfeli o qədər çoxalıb ki, biz ola bilsinki yaxın gələcəkdə heç xarici kreditdən istifadə etməyəcəyik. Biz hesab edirik ki,yaxın zamanlarda biznes kreditləri daha da çoxalacaq".

Müəllif: Elmir Murad