31 Oktyabr

İki bank da bağlandı - Rusiyada

Rusiya Mərkəzi Bankı bu gündən “Vzaimodeystviye” və “Praym Finans” kredit təşkilatlarının bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını geri çağırıb.

Fins.az xəbər verir ki, tənzimləyicinin yaydığı məlumata görə, hər iki kredit təşkilatı bank fəaliyyətini tənzimləyən federal qanunları, həmçinin Rusiya Bankının normativ akrtlarını pozub və bununla əlaqədar olaraq son 12 ayda Mərkəzi Bank dəfələrlə banklara qarşı nəzarət xarakterli tədbirlər həyata keçirib.

1 may tarixinə aktivlərinin həcminə görə “Vzaimodeystviye” bank sistemində 444-cü, “Praym Finans” - 366-cı yerdə olub.

Xatırladaq ki, bu ilin əvvəlindən Rusiyada 11 bank bağlanıb.

© Finans