31 Oktyabr

Ötən il SOCAR Beynəlxalq Bankda 1,3 mlrd. manat vəsait saxlayıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankında pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 1,263 mlrd. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Bu isə 2017-ci ildən 17% azdır.

Bildirilib ki, SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında yerləşdirir və hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.

©Report