2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycan Beynəlxalq Bankında pul və pul vəsaitlərinin ekvivalenti, o cümlədən depozitlərinin həcmi 1,263 mlrd. manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.
Bu isə 2017-ci ildən 17% azdır.
Bildirilib ki, SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında yerləşdirir və hesab açdırdığı bankların vəziyyətini daim nəzarətdə saxlayır.
©Report