ABŞ-ın Texas ştatının tənzimləyici orqanları “The Enloe State Bank”ın fəaliyyətinə son qoyublar.
Fins.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Əmanətlərin Sığortalanması Korporasiyasının məlumatında deyilir.
Qeyd edilir ki, bu, cari ildə bağlanan ilk bankdır. Muflisləşən maliyyə qurumunun depozit sahibləri avtomatik olaraq “Legend Bank”ın əmanətçilərinə çevriləcəklər.
31 mart 2019-cu il tarixi vəziyyətinə ABŞ-da problemli bankların sayı 59 olub. Onların məcmu aktivlərinin həcmi 48,5 milyard ABŞ dolları təşkil edib.
© Finans