31 Oktyabr

“Monex Summit”i fəaliyyətə başlayıb

Bu gün Bakıda “Monex Summit”i fəaliyyətə başlayıb. Fins.az-ın məlumatına görə iyunun 1-dək davam edəcək konfransın əsas tərəfdaşı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası, “Synergy Partnership” şirkəti, "FA İnternational Trade Events" şirkəti və Azərbaycanda Amerika Ticarət Palatasıdır.Hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən “Monex Summit” tədbiri bu il 30 May – 31 may tarixlərində Bakıda keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzinin, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi, “Synergy Partnership” şirkətinin PR dəstəyi, FA İnternational Trade Events şirkəti və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “InnoFest” çərçivəsində keçiriləcək genişmiqyaslı sammit sərgi, konfrans, Boulevard Hotelde keçiriləcək 2 günlük konfrans, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və Elektra Events Hallda dünyaca məşhur ifaçı INNA-nın iştirak edəcəyi Monex Party kimi bir sıra tədbirlərdən ibarət olacaq.