31 Oktyabr

İdarə heyətinin sədrindən problemli kredit AÇIQLAMASI

Biz problemli kreditlər üzrə kompensasiyaların ödənişini başa çatdırmışıq. Fins.az xəbər verir ki, bu barədə açıqlamanı bu gün VTB Azərbaycanın idarə heyətinin sədri Yevgeni Kirin bankın baş ofisində keçirilən mətbuat konfransında bildirib.

O, qeyd edib ki, adıçəkilən bank tərəfindən mayın 25-də problemli kreditlər üzrə kompensasiyalar tamamilə yekunlaşıb:

“Kompensasiyaların 90%-i birbaşa istifadəçilərin özünə ödənilib. Bəziləri hələ də gəlib pullarını götürməyiblər. Onların pulu bankdakı hesablara köçürülüb və müştərilərin sözügedən vəsaiti götürməsi üçün hər hansı problem müşahidə olunmur”.

İdarə heyətinin sədri onu da vurğulayıb ki, hazırda VTB Azərbaycan problemli kreditlər üzrə prezidentin fərmanının ikinci hissəsinin icrasına – problemli kreditlərin restrukturizasiyasına başlayıb.

Müəllif: Elmir Murad