31 Oktyabr

Bank bəzi dövlət layihələrini maliyələşdirməyi planlaşdırır

VTB Azərbaycan bəzi layihələrin maliyyələşdirilməsi üçün danışıqlar aparır. Fins.az xəbər verir ki, bunu bankda keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədri Yevgeni Kirinin deyib.

İdarə heyətinin sədri vurğulayıb ki, sindikatlaşdırılmış kreditlərin verilməsi və Rusiyadakı ana bankdan vəsait cəlb etmək üçün müzakirələr və danışıqlar gedir.

O, qeyd edib ki, Azərbaycanda bəzi sahələrdə iri şirkətlərin maliyyələşdirilməsi üçün ayrı-ayrı bankların imkanları kifayət etmir: “Sözgüedən ayihələrin maliyyələşdirilməsi üçün VTB Azərbaycan olaraq başqa banklarla birlikdə sindikatlaşdırılmış kreditlər vermək üçün danışıqlar aparırıq.

Bundan başqa, bəzi dövlət şirkətləri üçün Rusyadakı VTB Bank – ana bankın imknalarını cəlb etməklə daha böyük kreditlər ayırmaq bardə daışıqlar aparırıq”.

Müəllif: Elmir Murad