31 Oktyabr

Problemli kreditlər sürətlə həll olunur - İcraçı direktor

Azərbaycan problemli kreditıər məsələsini ən qısa zamanda həll etdi. Fins.az xəbər verir ki, bunu “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

O problemli kreditlərin həllini prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş sosial layihə adlandıraraq, məsələnin artıq 95 faizinin həllini tapdığını vurğuladı.

Postsovet ölkələrindəki analoji vəziyyətlə Azərbaycandakı problemli kreditlər məsləsini nüqayisə edən V. Qasımlı qeyd etdi ki, ölkəmiz sözügedən məsələni ən sürətlə həll edənlərdən biri olub.

Müəllif: Elmir Murad