Problemli kreditlərin həlli məsələsində Koreya təcrübəsi doğrudan da mütərəqqidir. Fins.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Orxan İsmayılov Bakıda keçirilən “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda keçirilən beynəlxalq konfransda qeyd edib. O, prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını xatırladaraq bunu insanlar üçün sosial bir layihı adlandırıb: "Bildiyiniz kimi Fərman 600 mindən yuxarı insanı əhatə edəcək. Artıq bununla bağlı xeyli iş görülüb. İşlər davam etdirilir. Bu fərman insanların sosial durumunun yaxşılaşdırılmasına xidmətə hesablanıb. Bütün restrukturizasiya olunan bank faizləri ilə bağlı məhkəmə işlərinə isə xitam veriləcək. Bütün kompensasiyaların mayın 31-ə kimi ödənilməsi nəzərdə tutulub.
Müəllif: Elmir Murad