Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilir. Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli Kreditlərin Həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda beynəlxalq konfrans başlayıb. Konfransın keçirilməsində məqsəd problemli kreditlərin həlli üzrə institutsional mexanizmin yaradılmasına dair Koreya hökumətinin təcrübəsi, eləcə də “Fiziki şəxslərin xarici valyutada olan problemli kreditləri üzrə üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək” üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Fərmanın icrasına dair Azərbaycan təcrübəsi barəsində təqdimatların keçirilməsi və müvafiq müzakirələrin aparılmasıdır.
Müəlli: Elmir Murad