31 Oktyabr

“Günay Bank”- dan yay mövsümü ilə bağlı hədiyyə kampaniyası

İsti yay günlərində istirahətini ölkə xaricində etməyi planlaşdıran vətəndaşlarımız “Günay Bank”-ın yeni kampaniyasından faydalana bilər. Səfər zamanı rahat və münasib alış-veriş etmək önəmli məsələdir. İstirahət vaxtı gözlənilmədən başa gələ bilən müxtəlif hadisələrdən sığortalanmaq isə daha vacibdir.

Günay Bank öz təklifində bu şərtlərin hamısını nəzərə alaraq yola düşən hər kəs üçün sərfəli kampaniya təşkil etmişdir. Kampaniyanın şərtlərinə görə “Günay Bank”-dan 40 azn dəyərində olan MasterCard Gold kartı əldə edən hər kəsə “Günay Sığorta”-dan 1 aylıq “səyahət sığortası” hədiyyə edilir.

Kampaniyanın şərtləri və MasterCard Gold kartınını özəllikləri ilə bankım rəsmi internet səhifəsinə daxil olub ətraflı tanış ola bilərsiniz.

“Gunay Bank” gələcəkdə vətəndaşlarımızın rifahına xidmət edən yeni və maraqlı kampaniyalarını həyata keçirməyə davam edəcəkdir.