31 Oktyabr

Mərkəzi Bank yeni məhsulunu təqdim etdi

Bu gün Mərkəzi Bankın maliyyə bölməsi tərəfindən hazırlanmış Maliyyə Məhsul və Xidmətlərinin məlumat axtarış sisteminin təqdimat mərasimi olub. Fins.az xəbər verir ki, təqdimat FİNTEX həftəsi çərçivəsində baş tutub. Təqdimat mərasimində bildirilib ki, bu əhalinin maliyyə savadlılığının artırılmasına hesablanıb. Maliyyə blokunun rəhbəri Ülkər Babayeva boldirib ki, yenilik dövlət proqramı çərçivəsində hazırlanıb. O vurğulayıb ki, sözügedən yeni məhsula 20-ə yaxın bank qoşulub.

xxx

Maliyyə Savadlılığı portalının tərkib hissəsi olan yeni sistem istehlakçıkarın məhsulları üzrə məlumatların bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə və seçim zamanı rasional qərarlar verməsinə imkan yaradan platfotmadır. Həmçinin məlumat-axtarış sistemi əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını asanlaşdırılması və bu xidmətlərdən istifadənin stimullaşdırılmasına, maliyyə xidmətləri bazarında isə rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması və şərtlərinin yaxşılaşdırılmasına töfhə verəcək.

xxx

Yaxın zamanda fəaliyyətə başlayacaq sistemdən www.bizimpullar.az saytına daxil olmaqla istifadə etmək olacaq. Sistemdə 3000-dən çox məhsul təqdim olunur. Ü.Babayevanın sözlərinə görə, məhsulların sayının gələcəkdə artması qaçılmazdır. O, qeyd etdi ki, hazırda sistemdə yalnız banklar olsa da, gələcəkdə bank olmayan kredit təşkilatlarının daxil olacağı istisna edilmir.

Müəllif:Elmir Murad