31 Oktyabr

“AFB Bank”ın Audit Komitəsinin tərkibi dəyişib

“AFB Bank” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik olub.

Fins.az-ın Finans.az-a istinadən verdiyi məlumata görə, 3 üzvdən biri olan Haşim Əliyev komitədəki yerini itirib.

Hazırda Audit Komitəsi sədr Şadiyə Amnova və üzv Famil Kərimovdan ibarətdir.

Xatırladaq ki, Haşim Əliyev komitənin tərkibinə 2017-ci ilin noyabr ayında daxil edilmişdi.