Ölkədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətlərin media reytinqi açıqlanıb. Fins.az xəbər verir ki, reytinqi Media Consulting and Servicesmedia monitorinq qrupu hazırlayıb.
01-30 aprel 2019-cu il dövrü üzrə bank sektoruna yekun vuran şirkət sözügedən müddətdə adı KİV-də ən çox hallanan ilk beş bankı açıqlayıb. Nəticələrə görə, birinci yerdə Azərbaycan Beynəlxalq Bankı (1450) gəlir. Sonrakı yerlərdə isə aşağıdakı banklardır:
Kapital Bank 1253
Paşa Bank 771
Accessbank 733
Unibank 526
Qeyd edək ki, monitorinq qrupu 12 Televiziya kanalı, 13 radio dalğası, 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir.
Müəllif: Elmir Murad